Maraqlı

Atatürkə aid olan əsa hərraca çıxarıldı - FOTO

13 Avqust 2021 17:18
0 Şərh     Baxış: 1 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mustafa Kamal Atatürkə aid olan əsa hərraca çıxarılıb.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, 1932-ci ildə Şah Rza Pəhləvi tərəfindən Mustafa Kamal Atatürkə hədiyyə olaraq hazırlanmış 92 santimetr uzunluğunda olan əsa auksion evində satışa qoyulub.

Belə ki, Atatürk təsvirinin yanında Şah Rza Pəhləvi, Cəmşid, Keykavus və Bəhram kimi liderlərin təsvirlərini özündə cəmləşdirən əsanın gəliri Türk Təhsil Vəqfinə bağışlanacaq.

Auksionu təşkil edən Hüseyn Qocabaş hərraca çıxarılan əsasının ən dəyərli və seçilən bir sənət əsəri olduğunu vurğulayıb.

Qeyd edək ki, satışın qiyməti açıqlanmayıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.