Maraqlı

Spirsin atası qızının qəyyumu olmaqdan imtina etdi

13 Avqust 2021 09:22
0 Şərh     Baxış: 1 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı müğənni Britni Spirsin atası Ceyms Spirs qızı üzərində qəyyumluqdan imtina edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Spirsin vəkili Los-Anceles (Kaliforniya ştatı) məhkəməsinə müvafiq bildiriş göndərib.

Təqdim olunan vəsatətə görə, müğənninin atası Britni Spirsin vəkili Mettyu Rozenqartın tələb etdiyi kimi, ifaçının maliyyə məsələlərinə nəzarət hüququnu peşəkar auditora vermək üçün məhkəmə ilə əməkdaşlıq etməyə hazırdır.

Daha əvvəl ABŞ-ın Los-Anceles şəhərində keçirilən məhkəmə iclasında çıxış edən B. Spirs üzərində 13 ilə yaxındır davam edən qəyyumluğun ləğv edilməsini xahiş etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.