Maraqlı

Məşhur aktrisada skleroz aşkarlandı

11 Avqust 2021 13:12
0 Şərh     Baxış: 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur aktrisa Kristina Epplgeytə dağınıq skleroz diaqnozu qoyulub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi özü məlumat yayıb.

"Salam, dostlar. Bir neçə ay əvvəl mənə dağınıq skleroz diaqnozu qoyulub. Qəribə bir səyahət idi. Amma bu xəstəliyi olan insanlar mənə çox dəstək oldu. Çətin bir səyahət idi. Ancaq hamımızın bildiyi kimi yol davam edir. Hansısa axmaq onu əngəlləmədiyi müddətcə" deyə, o tvitter hesabında yazıb.

Qeyd edək ki, aktrisa 2008-ci ildə xərçəngdən müalicə alıb. O, 2017-ci ildə xəstəliyi səbəbindən yumurtalıqlarını aldırmalı olmuşdu. 2013-cü ildə ana olan Kristinanın Seydi adlı bir qızı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.