Samsung Galaxy Unpacked - Avqustun əsas hadisəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yayın ən gözlənilən hadisəsi olan Samsung Galaxy Unpacked, Avqust ayında keçiriləcəkdir. Mərasimdə tam olaraq hansı məhsulların təqdim ediləcəyi hələ dəqiq bəlli deyil. Şirkətin rəsmi saytında tədbirin tarixi və saatı, elektron dəvətnamə ilə birlikdə kiçik bir press-relizdə qeyd edilib. Məqalənin qısa başlığında isə belə qeyd edilib: "Təsiri bütün sahələrdə əks olunan, buna misal olaraq, ofis mədəniyyətində ildırım sürətli dəyişikliklərdən tutmuş rabitə texnologiyalarında müşahidə edilən inqilablara qədər sürətli yenilənən bir dövrdə yaşayırıq. Həyatımızın sürətlənmiş bu tempinə uyğunlaşan və hər anından zövq almağımızı təmin edəcək çevik və çox yönlü mobil cihazlara indi hər zamankindən daha çox ehtiyacımız var. " Qeyd etmək lazımdır ki, Samsung Unpacked tədbirlərini öz yeni məhsullarını və proqram təminatlarını təqdim etmək üçün təşkil edir. Bundan əlavə, "Çərçivələri sil, yeni dünyanı aç" kimi qeyd olunan tədbirin şüarını da nəzərə alsaq, bu dəfə bizləri tamamilə yeni cihazlar gözləyir.
Ötən müddət ərzində Samsung tədbirdə təqdim olunacaq cihazlarla bağlı bir neçə "üstü örtülü" aşıqlamalar etmişdir. Belə ki, keçən ay keçirilən Mobile World Congress (MWC) təqdimatında şirkət nümayəndələri çıxışlarını kiçik bir zarafatla tamamlamış və ən azı bir cihazın - yeni Galaxy Watch-ın, mərasimdə təqdim oluna biləcəyini qeyd etmişdirlər. Lakin, bəyanatda dəqiq tarix və ya zaman qeyd olunmamışdır, sadəcə "bu yay" deyilmişdir. Həmçinin, bir müddət öncə, şirkətin rəsmi səhifəsində mobil rabitə bölməsinin rəhbəri və prezidenti Dr. Tae Moon Ro ilə müsahibə yayımlanmışdır. Mətbuata açıqlamasında Prezident son bir ildə həyatımızın necə dəyişdiyini və bu sahədə texnologiyanın nə qədər böyük rol oynadığını qeyd etmişdir. Həmçinin, rəhbər, şirkətin hər bir istifadəçiyə sərbəstlik verməyə çalışdığını və bu istiqamətdə Google və Microsoft kimi tanınmış sənaye liderləri ilə yaxından əməkdaşlıq etdiyini bildirmişdir. Prezidentin sözlərinə görə bütün bunlar sürətlə dəyişən və bir-biri ilə əlaqəli dünyamız üçün təhlükəsiz və optimallaşdırılmış mobil texnologiyaların təmin edilməsi üçün vacib amilldir. Tae Moon Ro qeyd edir ki, "Samsung ilk növbədə insanları əsas tutur. Belə ki, yaratdığımız yeni bir cihazın həqiqətən də faydalı bir yenilik gətirməsini təmin etmək üçün sizi daima dinləyirik. Həyatı yalnız seçilmişlər üçün deyil, hər kəs üçün asanlaşdırmaq istəyirik".
Rəhbər, həmçinin, qeyd edib ki, Samsung smartfonlar kateqoriyasını dəyişdirmək və cihaz təcrübəsini tamamilə yenidən qiymətləndirilmək üçün üzümüzə gələn bir neçə həftə ərzində ən son və təkmilləşdirilmiş Galaxy Z seriyasını təqdim edəcək. Artıq istehsalçının tez-tez tamamilə naməlum üfüqləri öyrənib, təhlil etməsi ilə mövcud imkanları genişləndirmək üçün yeni yollar axtarmasına öyrəşmişik, elə bu səbəbdən də yeni, üçüncü nəsil, qatlana bilən smartfonlar bizi mütləq təəccübləndirməlidir.
Həmçinin, müsahibədə, tədbirdə dünyanın ilk məxsusi olaraq qatlana bilən telefonlar üçün dizayn edilmiş S Pen-inin təqdim ediləcəyi və şirkətin yeni Galaxy Note-un təqdimatının əvəzinə, Note-un hər kəs tərəfindən bəyənilmiş funksiyalarının daha çox Galaxy cihazında tətbiq olunacağını bildirmişdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Bu BÜRCLƏR tezliklə çoxlu pul qazanacaq
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
XƏBƏR LENTİ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Neftimiz bahalaşdı
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi
-
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
-
Bu BÜRCLƏR tezliklə çoxlu pul qazanacaq
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
Azərbaycanda müəllim vəfat etdi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
XİN ABŞ-ni təbrik edib
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)





