Maraqlı

Bu ölkədə hamilələrin vaksinasiyasına İCAZƏ VERİLDİ

24 İyul 2021 22:15
0 Şərh     Baxış: 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Danimarka hökuməti hamilələrin koronavirus əleyhinə peyvənd olunmasına icazə verib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Danimarka Səhiyyə Agentliyi məlumat yayıb.
"Hamilə qadınlarda şiddətli koronavirus infeksiyası riski artır, hamiləlik dövründə yoluxma isə vaxtından əvvəl doğuş riskini artıra bilər. Agentlik digər ölkələrin son məlumatlarını və təcrübələrini öyrəndikdən sonra hamilə və süd verən qadınların peyvənd olunmasını tövsiyə etmək qərarına gəlib", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, ABŞ-ın "Pfizer" və "Moderna" şirkətlərinin preparatları ilə bu cür aşılamaya başlayan ölkələrdən, o cümlədən ABŞ və Kanadadan alınan məlumatlar peyvəndin hamilələr və ana bətnində olan uşaqlar, eləcə də süd verən analar və ana südü ilə qidalanan uşaqlar üçün effektiv və təhlükəsiz olduğunu göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.