Yeni binalara görə şəhər UNESCO siyahısından çıxarıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
UNESCO İngiltərənin Liverpul şəhərini özünün dünya irsi siyahısından çıxarıb.
Milli.Az Reuters-ə istinadən xəbər verir ki, qərarda deyilir ki, yeni tikilmiş binalar Viktoriya dövrü dəniz körpülərinin cəzibədarlığına xələl gətirib. Beləliklə, Liverpul UNESCO-nun bu mötəbər sıyahısından çıxarılan üçüncü məkan olub. Liverpul BMT-nin mədəniyyət agentliyinin mədəni irs siyahısına 2004-cü ildə salınmışdı və beləliklə Böyük Çin səddi, Tac Mahal və Pizanın əyri qülləsi ilə bir sırada dururdu. Çində keçirilən səsvermədən sonra Dünya İrsi Komitəsi bildirib ki, yeni binlar Liverpulun "unikallıq və bütövlüyünün" üstündən xətt çəkib.
Məşhur Beatles qrupunun doğma şəhəri olan Liverpool mədəni irs siyahısına 18-19-cu əsrlərdə dünyanın ən mühüm portu, həm də əsrarəngiz memarlığı olan şəhər kimi daxil edilmişdi. Liverpulun meri Coan Anderson deyib ki, şəhərin siyahıdan çıxarılması barədə qərar "heç cür başa düşülmür", çünki UNESCO rəsmiləri bu şəhərə on il əvvəl baş çəkmişdilər. Mer deyib ki, şəhər hakimiyyəti Liverpulun ecazkar memarlığının saxlanmasına milyonlarla funt sterlinq xərcləyib. Bundan əvvəl 2007-ci ildə Omandakı təbiət guşəsi siyahıdan çıxarılmışdı. Buna səbəb brakonyerlik nəticəsində təbiətin tamamilə korlanması idi. UNESCO 2009-cu ildə öz siyahısından Almaniyadakı Elb vadisini çıxarmışdı. Bu, vadidə dördzolaqlı körpünün tikintisinə görə baş vermişdi. Hər hansı yerin irs siyahısında olması o deməkdir ki, həmin məkanlara sahib ölkələr BMT-nin konservasiya fondundan vəsait ala bilirlər. Liverpula siyahıdan çıxarıla biləcəyinə dair xəbərdarlıq 2012-ci ildə verilmişdi. O vaxt şəhərin üfüq xəttini dəyişəcək çaykənarı mənzillərin tikintisi planlaşdırılırdı. Lakin belə görünür ki, UNESCO üçün səbr kasasını daşıran son hadisə Everton komandası üçün yeni stadionun tikintisi olub. Stadionu qədim port körpülərinin bir hissəsini dağıtmaqla tikiblər.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
XƏBƏR LENTİ
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)





