Maraqlı

Vaksinasiya pandemiyanı dayandırmayacaq, indiki peyvəndlər bunu bacarmayacaq – İspan virusoloq alim

17 İyul 2021 20:01
0 Şərh     Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ölkələrin vaksinləşməsi pandemiyanın qarşısını alıb sonlandırmayacaq. Hazırda mövcud vaksinlər kollektiv immunitet yaratmağa qadir deyil.

Kollektiv immuniteti o vaksinlə əldə etmək olar ki, peyvənd virusa qarşı tam dayanıqlı olsun və peyvənd olunmuş insan digər insanları yoluxdurmasın. Hələ ki, belə vaksin yoxdur, onun yaradılması isə bu tezliklə mümkün deyil".

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu sözləri İspaniyanın ali dərəcəli virusoloqu Marqarita del Val bildirib.

"Müasir vaksinlərin əsas problemi odur ki, heç biri vaksin olunmamış təbəqəni yoluxmadan qorumur. Əksinə vaksin olunan yoluxur, xəstəliyi yüngül keçirir, hiss etmir, cəmiyyətdə virusu dövr etdirir və vaksin olunmamış riskli təbəqəni təhlükə altına qoyur.

Pandemiyanı geridə qoymaq üçün dünyaya bir neçə il lazımdır. Amma bunu bir az tez etmək gərəkdir. Çünki xəstə dünya heç kim üçün təhlükəsiz deyil. Virus daim mutasiyaya uğrayır, bu ənənə hələ uzun müddət qalacaq. Koronavirus çox aktiv reproduktivdir. O canlıdır və yaşamaq uğrunda güclü mübarizə aparır. Biz bununla barışmalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.