Maraqlı

Şahzadə Diananın uşaq velosipedi 41.000 dollara hərraca çıxarılıb

17 İyul 2021 21:40
0 Şərh     Baxış: 1 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şahzadə Diananın uşaq vaxtı ailə malikanasında sürdüyü velosiped "East Bristol" auksionunda hərraca çıxarılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, velosiped ilkin olaraq 20-30 min funt sterlinq (27,7-41,6 min dollar) dəyərində qiymətləndirilib.

"Tracker" adlanan qırmızı iki təkərli velosiped gələcək Şahzadəyə uşaq ikən atası Con Spenser tərəfindən bağışlanılıb - 1970-ci illərdə Diana onu Nortqemptonşir qraflığında Spenserlərin ailə malikanasında sürüb.

Velosipedin oturacaq, təkərlər, xrom hissələri və bütün orijinal xüsusiyyətlərinin qorunaraq əla vəziyyətdə olduğu bildirilir.

Cari ilin iyun ayında Şahzadə Diananın "Ford Escort" avtomobili İngiltərədəki xərracda 52,6 min funt sterlinqə (73 min dollardan çox), gözləniləndən daha baha qiymətə satılıb. Avtomobil Cənubi Amerika ölkələrindən birinin muzei tərəfindən alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.