Maraqlı

Laçında iki nəfərin cüyür ovlayıb, kef məclisi təşkil etməsi ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB - VİDEO

12 İyul 2021 19:35
4 Şərh     Baxış: 3 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

19:35

Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı iddialarla bağlı DİN açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bəzi sosial şəbəkə hesablarında və saytlarda qırmızı kitaba düşən cüyürün ovlanması ilə bağlı videosüjet paylaşılıb:

"Videosüjetdə əks olunanlarla bağlı Laçın Rayon Polis Şöbəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

---------

17:42

Sosial şəbəkədə "Ecofront" adlı səhifədə Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı görüntülər paylaşılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Vüqar və Aqil adlı şəxslər cüyür ovlayaraq onun ətindən kabab hazırlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məsələ barədə açıqlamasında qeyd edib ki, sözügedən görüntü ilə bağlı təqsirkarların tapılması və barələrində tədbir görülməsi üçün xidmət tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanıb.

Xatırladaq ki, cüyür Azərbaycanın "Qırmızı kitab"ına düşdüyü üçün ovlanmasına icazə verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.