Küncüt yağının faydaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Küncüt toxumlarından qədim zamanlardan istifadə edilib. İndi də bir çox ölkələrdə küncütdən ədviyyat vasitəsi kimi istifadə olunur. Onun faydaları barədə İbn Sinanın əlyazmalarında da qeydlərə rast gəlinir. Qədim Misirdə küncüt yağından müxtəlif müalicəvi məqsədlərlə isstifadə edilir. Küncüt yağının ikinci adı "susam yağı"dır. Bu yağın özünəməxsus faydalı tərkibi onun müalicə və kosmetologiya sahəsində də faydalı olduğunu sübut edir.
Necə seçməli?
Küncüt yağı alarkən soyuq üsulla sıxılmış yağı almaq məsləhət görülür. Onun rəngi küncüt toxumlarının rəngindən asılı olaraq açıq və ya tünd ola bilir. Yağ şüşəsinin dibində olan xırda küncüt qalıqları bu yağın təbii olmasının göstəricisi sayılır.
Necə saxlamalı?
Küncüt yağının saxlanlma müddəti 2 ildir. Şüşə qabda ağzı bir dəfə açılmış yağı almaq məsləhət görülmür. Şüşənin içərisində hava boşluğunun çox olması yağın tez xarab olmasına səbəb ola bilir.
Kulinariyada tətbiqi
Güncüt yağının soyuq sıxılma üsulu ilə əldə olunanı daha çox faydalı hesab edilir. Qovrulmuş küncüt toxumlarından əldə edilən yağın rəngi qəhvəyi rəngdə və qoxusu daha tünd olur. Küncüt yağından Yapon, Koreya, Hindistan, Çin mətbəxində daha çox istifadə edilir. Ekzotik Asiya mətbəxinin gözəl olmasında küncüt yağının rolu böyükdür. Ondan dəniz məhsullarının, salatların, tərəvəz və ətlərin dadlandırılması üçün istifadə edilir. Bir neçə damcı küncüt yağı bir boşqab salatın dadını doyulmaz edir.
Küncüt yağının tərkibi vitaminlər, amin turşuları, doymamış yağ turşuları, makro və mikroelementlər, bioloji aktiv maddələr, fitin, antioksidantlar, fitosterollar, fosfolipidlər və s. var. Küncüt yağının tərkibində 40-45% Omeqa6, Omeqa9 və Omeqa3 yağı var. Ondan istifadə etmək ürək-damar xəstəliklərinin, cinsi fəaliyyətin, sinir və endokrin sistemin normallaşmasına, maddələr mübadiləsinin artmasına və immunitetin yüksəlməsinə səbəb olur. Uzun müddət küncüt yağından istifadə eləmək orqanizmə yarasağaldıcı, iltihabəleyhinə, immun sistemi artırıcı təsir bağışlayır. O görmənin yaxşılaşmasına səbəb olur. Saçlara və dırnaqlara küncüt yağı sürtmək onların möhkəmlənməsinə səbəb olur. Ondan istifadə eləmək orqanizmin kalsiuma olan ehtiyacını ödəyir. Küncüt yağının tərkibində olan fosfor, maqnium, dəmir və sink beyin fəaliyyətini yaxşılaşdırır. Küncüt yağının tərkibində olanlar sonsuzluğun aradan qalxmasına səbəb olur. Tərkibində olan A və E vitaminləri qaraciyərin, ürək-damar sisteminin möhkəmlənməsinə səbəb olur.
Faydalı və müalicəvi xüsusiyyətləri
Küncüt yağıdan istifadə etmək orqanizmə yarasağaldıcı, iltihabəleyhinə, bağırsaq yumşaldıcı, sidikqovucu təsir bağışlayır. O orqanizmi isidir, seliyin xaric olunmasını sürətləndirir, şlakları xaric edir, beyni qidalandıraraq sakitləşdirir, ürəyi qidalandırır. Küncüt yağı mədə-bağırsaq fəaliyyətini sürətləndirir, ödün əmələ gəlməsini və ifrazını nəzarət altında saxlayır. O qaraciyərdəkiu piy distrofiyasının, hepatitlərin aradan qalxmasını sürətləndirir. Küncüt yağı zehni yorğunluğun aradan qalxmasına yardım edir, yaddaşı yaxşılaşdırır, diqqətin cəmlənməsini sürətləndirir. Davamlı olaraq küncüt yağından istifadə eləmək anemiya əlamətlərinin aradan qalxmasına, ağciyərdəki xəstəliklərin tez bir zamanda sağalmasına, qan əmələgəlmə prosesinin sürətlənməsinə səbəb olur. Bu yağı uşaqlara aşağıdakı dozada vermək onların sağlamlığı üçün çox faydalıdır:
* 1-3 yaşlı uşaqlara gündə 3-5 damcı
* 3-6 yaşlı uşaqlara gündə 6-10 damcı
* 10-14 yaşlı uşaqlara gündə 1 çay qaşığı
Kosmetologiyada tətbiqi
Küncüt yağından dəridəki yaraların və sıyrıqların tez bir zamanda sağalması üçün, çapıq toxumaların aradan qalxması üçün istifadə edilir. O dəridə olan dermatoloji problemlərin sağalmasına səbəb olur, dərinin elastikliyini və möhkəmliyini artırır. Küncüt yağı dərinin epidermis qatının müdafiə qüvvəsinin artmasına ssəbəb olur. Küncüt yağı dərini günəş yanıqlarından qoruyur, dəridəki həssaslığı aradan qaldırır. Ondan istifadə etmək dərinin piy vəzilərinin fəaliyyətini normallaşdırır, dəridəki yağlılığı aradan qaldırır. Onun tərkibində olan maqnium dərinin sakitləşməsinə səbəb olur.
Küncüt yağı uşaq dərisinə qulluq vasitəsi kimi istifadə edilə bilər. O üz, əllər və uşaq dərisi üçün ən faydalı yağlardan biridir.
Küncüt yağı tükdibi xəstəliklərin, o cümlədən seboreyanın sağalmasına, kəpəklənmənin aradan qalxmasına səbəb olur.
Küncüt yağının zərərli xüsusiyyətləri
Küncüt yağının zərərli xüsusiyyətləri barədə heç yerdə qeydlərə rast gəlinməyib. İstifadə etməzdən əvvəl onu dərinin bir hissəsinə az miqdarda sürtüb allergiyaya səbəb olub olmamasını təyin etmək lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Çirkin” final edir
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
Azər Aydəmir özünə yeni iş tapdı
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)





