Lanqust və onun faydaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lanqustlar buğumayaqlılar tipinə, xərgəngkimilər sinfinə aiddir. Onların uzunluğu 60 sm, çəkiləri isə 5 kiloqrama qədər ola bilir. Lanqustlar zərif və dadlı ətə malikdirlər. Onlarlın dadlı ətə malik olması bütün dünya miqyasında restoranlarda bişirilməsinə səbəb olur. Lanqustlar omar xərçənginə çox bənzəyirlər. Onların 100-ə yaxın növləri var. Lanqustlara Sakit okeanda, Yaponiya sahillərində, Aralıq dənizi sahillərində, Cənubi Afrika və Avstraliyada rast gəlmək mümkündür. Avropa və Amerika ölkələrində də lanqustlara rast gəlmək mümkündür. Lanqustlar yaşadıqıları yerin mühitinə uyğun olaraq müxtəlif rənglərdə olur. Rəngləri müxtəlif olan lanqustların ayaqlarının sayı da müxtəlif olur. Müxtəlif su hövzələrində lanqustların ağ, çəhrayı, qəhvəyi, qırmızı və s. rənglərinə rast gəlmək mümkündür. Ən dadlı ətə malik isə çəhrayı atlantik lanqustudur. Qida sənayesində lanqustların əsasən quyruq hissəsindən istifadə edilir. Onu dondurulmuş halda marketlərdən almaq mümkündür. Nadir hallarda suda saxlanılan təzə lanqust alıb ev şəraitində bişirmək mümkün olur. Bu zaman lanqust aldıqda onun təzəliyini bilmək üçün quyruğuna nəzər yetirmək lazımdır. Quyruğunun içəri döğru qıvrılması onun təzəliyinin göstəricisidir.
Necə saxlamalı?
Lanqustu saxlamaq üçün ən ideal variant onu -18* temptarurda saxlamaqdır. Onu bu temperaturda ən çox 4 ay saxlamaq mümkündür. 100 qram lanqust ətinin qida dəyəri:
- Zülallar - 44,8 qr
- Yağlar - 2,7 qr
- Karbohidratlar - 1 qr
- Su - 13,6 qr
- Kalori - 112 kKal.
Lanqust ətinin tərkibində zülallar, yağlar, riboflovin, retinol, tiamin, pridoksin, askorbin turşusu, pantoten turşusu, fol turşusu və sianokobolamin var. Onun tərkibi kalsium, kalium, fosfor, maqnium, selen, sink, selen, marqanes, natrium, dəmir və s. minerallalar var.
Lanqust ətində zülalların, yağların, karbohidratların olmasına baxmayaraq az kalorili qidalardandır. Öz çəkisini nəzarət alıtında saxlamaq istəyənlər üçün lanqust yemək çox faydalıdır. Dieta saxlayanların lanqust əti yemələri onların vitamin və minerallara olan ehtiyacını ödəsə də, çəkinin artmasına səbəb olmur. Onun tərkibində orqanizm üçün faydalı olan zülallar və amin turşuları var. Lanqust ətində olan əvəzolunmas amin turşuları orqanizmin qocalmasının qarşısını alır. Lanqustun tərkibi fosfor və kaliumla zəngindir. Bu mineralların qarışımı dişlərin, saçların və dırnaqların möhkəmlənməsinə səbəb olur. Tərkibində olan mikroelementlər orqanizm tərəfindən asan sorulur, sinir sisteminin normallaşmasına, maddələr, enerji və karbohidratlar mübadiləsinin sürətlənməsinə səbəb olur. Orqanizmdə fosfor və B qrup vitaminlərin çatışmazlığı zamanı lanqust əti yemək patoloji əlamətlərin aradan qalxmasına səbəb olur. Kalsium, fosfor qarışımı sümüklərin möhkəmlənməsinə səbəb olur, onlarda əmələ gələn deformasiyaların qarşısını alır.
Lanqust ətinin tərkibində olan kaliumun miqdarı ürək əzələsinin möhkəmlənməsinə səbəb olur. Lanqust dünyanın hər yerində istifadə edilən ən dadlı delikateslərdəndir. Lanqust dünya restoranlarında ən çox satılan delikatesdir. Bu delikatesin çəkisi çox az miqdarda olmasina baxmayaraq, onun tərkibi qidalandırıcı maddələrlə çox zəngindir.
Lanqustun zərərli xüsusiyyətləri
Bəzi hallarda lanqust ətindən istifadə etmək allergik reaksiyaların, dəri səpgilərinin, şişkinliklərin əmələ gəlməsinə səbəb olur. Dəniz məhsullarına qarşı allergiyası olan adamlara lanqust əti yemək məsləhət görülmür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə
-
Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək - FOTO
-
WUF13 çərçivəsində “Muğamat axşamı” adlı konsert keçirilib - FOTO
-
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb - FOTO
-
"Özümə kişilərin olmadığı serial tapacağam"
-
Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm - Çarukyan
-
1-ci liqanı tərk edən komanda bəlli oldu
-
Azərbaycanda bu dövlət qurumu ləğv olundu
-
Kadir İnanır intubasiya olundu
-
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - FOTO
-
Kaseto şirniyyatı resepti
-
“Böyük şəhərlərin kino musiqisi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
Məşhur aparıcı oğlu ilə FOTOsunu paylaşdı
-
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
-
Mask tarixdə ilk trilyoner ola bilər
-
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
-
Bu şəxslərə mənzil kirayəsinə görə hər ay 100 manat veriləcək
-
“Zirə”də ayrılıq vaxtı
-
Mehman Mehdiyev vəzifəsindən getdi
-
İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur
-
Rus ordusu bu ərazini işğal etdi
-
Heyvan kəsimi və satışına nəzarət gücləndirildi
-
11 yaşlı qızı maşın vurdu
-
Ərdoğandan jurnalistin sualına maraqlı CAVAB - VİDEO





