Maraqlı

Kventin Tarantino karyerasını bitirir

27 İyun 2021 14:52
0 Şərh     Baxış: 551
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyaca məşhur rejissor-aktyor Kventin Tarantino karyerasını bitirməyi planlaşdırır.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə rejissor "Real Time With Bill Maher" proqramında deyib.

O bildirib ki, son lentə alacağı filmdən sonra karyerasını bitirəcək.

Rejissorun sözlərinə görə, zirvəyə çatandan sonra hansısa bir sahədə yeganə yol aşağı düşməkdir, ona görə də vaxtı gələndə getmək lazımdır:

"Bu səbəbdən kinonu tərk etmək istəyirəm. Kinonun tarixini bilirəm və həmin müddətdən sonra rejissorlar daha da zirvəyə qalxa bilmirlər".

Qeyd edək ki, Tarantino fəaliyyəti dövründə "Oskar", "Qızıl Palma Budağı", "Qızıl Qlobus" və "Britaniya Kino və Televiziya İncəsənətləri Akademiyası"nın mükafatlarını qazanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.