Maraqlı

Kibercinayətkarlıqdan ziyan Marsa uçuşla müqayisə edilib

24 İyun 2021 22:45
Baxış: 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın on ildə - 2031-ci ilədək kibercinayətkarlıqdan ziyan illik 256 milyard dollar səviyyəsinə çata bilər. Bu barədə "Cybersecurity Ventures" analitik şirkətinin proqnozunda deyilir. Gözləntilərə görə, cinayətkarlığın həcmi son illərdəki sürətlə artacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu rəqəmi Marsa uçuş proqramı və onun məskunlaşması ilə müqayisə etmək olar. "SpaceX" şirkətinin rəhbəri İlon Mask tərəfindən proqram üçün ilkin xərclər 6 milyard dollar dəyərində qiymətləndirilir ki, bu da 30 dəfədən çox azdır.

Məlumata görə, 2015-ci ildə hakerlərdən ziyan 325 milyon dollar, 2017-ci ildə 5 milyard dollar, 2018-ci ildə 8 milyard dollar, 2019-cu ildə 11,5 milyard dollar təşkil edib. Ekspertlərin qiymətləndirməsinə görə, bu il dünya iqtisadiyyatı 20 milyard dollarlıq itki ilə üzləşə bilər.

Hesablamalara həm hücuma məruz qalan şirkətlərin xərcləri, həm də sığorta ödənişlərinin artımı, kriminalistlərin fəaliyyəti və hücumlardan sonra sistemlərin bərpası daxildir. Ekspertlərin fikrincə, kibercinayətkarlıqla mübarizə səmərəsiz aparılır. Belə ki, bir ifşa edilən qruplaşmanı digəri əvəzləyir və cinayətlərin sayı artır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.