Maraqlı

Uşaq ad gününə bir qutu kokain hədiyyə aldı - FOTO

17 İyun 2021 10:29
Baxış: 1 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın azyaşlı sakini ad günü üçün konstruktor əvəzinə narkotik maddə hədiyyə alıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 28 yaşlarında olan Cek Cons və İssaka Rasmussen Niderlanddan Britaniyaya narkotik maddə daşımaqla məşğul olublar. Onlar bunun üçün özlərinə sxem də hazırlayıblar: konstruktor qutularına kokain qoyaraq poçt xidməti ilə ünvanlara yollayıblar.

Sxem gənclərdən birinin anası tərəfindən pozulub. Belə ki, qadının qonağı olan rəfiqəsi qonşusunun uşağının ad gününə gedəcəyini, amma hədiyyə almağa vaxtı olmadığını bildirib. Ana da evində olan "Lego Duplo"nu verməyi təklif edib.

Ad günü tədbirindən sonra uşaq konstruktoru yığmaq istəyərkən qutunun içində yanğınsöndürən maşın əvəzinə skotçla bağlanmış bağlamalar aşkarlayıb. Uşağın valideynləri dərhal polisə müraciət ediblər.

Kokain maqnatlarının evində axtarış zamanı 720 min funt sterlinq (1 724 540 manat) dəyərində narkotik maddə tapılıb.

Keçmiş dəniz piyadaları olan gənclər 10 və 16,5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.