Sonsuzluğa qarşı 2 manatlıq ÇARƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Küncütün faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur.
Milli.Az xəbər verir ki, qədimdən küncüt və küncüt yağı ilə sonsuzluğu, cinsi zəifliyi müalicə edirdilər. Küncüt qadın və kişi cinsiyyət sistemləri üçün həqiqətən çox faydalıdır. Bu bitki güclü afrodiziakdır (cinsi həvəsi artıran məhsul), həmçinin onun tərkibində olan fitoestrogenlər qadın dölyaratma sisteminin fəaliyyətinə çox müsbət təsir edir.
Küncüt qanda "pis" xolesterolun və şəkərin səviyyəsini aşağı salmaq xüsusiyyətinə malikdir.
Küncütün tərkibində güclü antioksidant "sezamin" var. Bu maddə xərçəngin profilaktikasında effektlidir.
Toxumların tərkibində olan yağlı turşular ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır, insult və infarktın riskini azaldır.
Küncüt immun sistemini möhkəmləndirir. Bu məqsədlə küncütün balla qarışığı istifadə olunur. Bu faydalı qarışıq insanı qripp və soyuqdəymə xəstəliklərindən qoruyur, orqanizmə yaxşı iltihab, virus və mikrob əleyhinə təsir edir.
Qidalı liflərlə zəngin küncütün həzm sisteminə olan müsbət təsiri danılmazdır - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi müalicə edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir. Bu məqsədlə 1 x.q. küncütü qatığa əlavə edin, qarışdırın, yarım saat saxlayın və sonra bu qarışığı qəbul edin.
Kalsiumla zəngin olan küncüt sümük və oynaqların sağlamlığı üçün də olduqca faydalıdır. Mütəxəssislər sümük və oynaqları sağlam saxlamaq istəyənlərə hər gün 1 x.q. küncütü (uşaqlar üçün 1 ç.q.) yarım saat ərzində ilıq suda islatmağı və sonra qəbul etməyi tövsiyə edirlər.
Tərkibində A, E və C vitaminləri kimi güclü antioksidantların sayəsində küncüt orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərinin inkişafına mane olur.
Küncütün faydalarından biri də radiasiyaya və ya davamlı bənzər şüalara məruz qalaraq işləyənlərə bərpaedici təsir verməsidir. Bu şəxslərin küncüt istehlak etmə vərdişini qazanmaları faydalıdır.
Nəzərə almaq lazımdır ki, gün ərzində 1-2 x.q. küncüt orqanizm üçün kifayətdir. Mütəxəssislər küncütü çiy halda yeməyi tövsiyə edirlər. Qəbul etdikdən əvvəl küncütü suda isladın və ya quru tavada bir az (!) qızdırın - bu, küncütün mənimsənilməsini asanlaşdırır. /medicina.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
XƏBƏR LENTİ
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub





