Maraqlı

“Nokia” şirkəti ucuz smartfon təqdim edib

15 İyun 2021 22:25
Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nokia" şirkəti tərəfindən satışa çıxarılmış "C01 Plus" adlı yığcam smartfon "HD " təsvir ölçülü 5,45 düymlük ekrana malikdir və "Android Go" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Yeni smartfona 5 meqapiksellik əsas kamera və selfi kamera quraşdırılıb. Barmaq izləri skanerini üztanıma funksiyasına malik ön kamera əvəz edir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkətin saytındakı məlumata görə, möhkəm korpusa malik yeni smartfon gündəlik istifadə üçün nəzərdə tutulub. "4G" texnologiyasını dəstəkləyən "C01 Plus" aparatı uzun müddət avtonom işləyə bilir. 1 QB əməli yaddaşa və 16 QB daxili yaddaşa malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.