Zəif iman nə zaman bəlli olur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İman - dinin sütunudur və insanın bütün əməlləri onun üzərində qurulur. İman iki yerə bölünür: sabit və davamlı olan imana və zəif imana. Zəif iman o demək deyildir ki, həmin şəxs kafirdir, əslində o deməkdir ki, imanı zəifdir və bir yel əsən kimi titrəyə bilir.
Sabit iman o imandır ki, qəlbdə öz yerini tapmış və orada davamlı olaraq qalmaqdadır. Hər kimin imanı sabit olar - saleh əməlləri də çox olar. Bu əməlləri imanı əsasında yerinə yetirər.
Lakin zəif iman sahibi öz imanını saleh əməllə sulamaz. İnsanın üzərinə qonan sərçəyə bənzəyir ki, hər an uçub gedə bilər. Çünki bu iman onun varlığının bir hissəsinə çevrilməmişdir. Vaxtı gələndə aradan gedər.
Bəs nə zaman? O zaman ki, Allah onu bəla ilə imtahana çəkər. Bu zaman bu insan zəif imanını da əldən verər və Allaha üsyan edər.
Bəziləri vəzifəpərəstdirlər, bəziləri malpərəstdirlər. Hər birinin öz büdrəmələri vardır. Bu insanların təqvası olmaz, ona görə də itaətləri də zəif olar. Yəni, o zamana qədər ki, Allah ona bəla göndərməyibdir, Onun quludur. Ancaq elə ki, bəla nazil olar, şeytanın (lən) cərgəsinə keçər və imanını əldən verər.
Biz insanların düşmənləri çoxdur. Bəziləri açıq şəkildə dava edir, bəziləri isə gizli şəkildə fitnə və fəsad yaradırlar. Əgər müsəlman öz üzərində işləsə və nəfsini tərbiyə edə bilsə, imanı güclənər. Bu zaman heç bir düşmən ona ziyan vura bilməz. İstər xarici düşmən olsun, istərsə də daxili. Fərq etməz. Sabit və davamlı imana malik olan mömin üçün qasırğalar belə təsir etməz, yerindən tərpətməz.
"O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (Qiyamət) gününə yəqinlikləri vardır.
Məhz onlar (Qur'anın hidayətindən qabaq) Allah tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Qur'an onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir)". ("Bəqərə" 4-5).
Allah bizim də imanımızı sabit və davamlı etsin. Bizə təqva versin və bizə imtahanlardan başıuca çıxmağı nəsib etsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sobada asan tərəvəzli kartof börəyi
-
Əsla əkməməli olduğunuz 4 bitki: Evlərin təməlini belə çatladır
-
Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı
-
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
Şərbətli şirniyyat sevənlər üçün Fatih sarması resepti
-
İsa Həbibbəylinin nadir əlyazmanı təqdim etməsi birmənalı qarşılanmadı (Video)
XƏBƏR LENTİ
-
Sobada asan tərəvəzli kartof börəyi
-
Əsla əkməməli olduğunuz 4 bitki: Evlərin təməlini belə çatladır
-
Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı
-
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
Şərbətli şirniyyat sevənlər üçün Fatih sarması resepti
-
Fransa Norveçi darmadağın etdi
-
Dembeledən son 72 ilin ən sürətli het-triki
-
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
-
Danimarka azanı qadağan etməyə hazırlaşır
-
İsa Həbibbəylinin nadir əlyazmanı təqdim etməsi birmənalı qarşılanmadı (Video)
-
Burak Çelik “Yeraltı”na vida etdi - (Foto)
-
Daniel Sebalyos "Real"dan getdi
-
Çində 7 600 tonluq nəhəng binanı "yeritdilər" (Foto)
-
Günün qoroskopu: Özünüzü parlaq və enerjili hiss edirsiniz
-
Venesuelada dağıntılar arasında körpə doğuldu
-
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
-
Atam işini layiqincə görürdü - Murad Heydərov
-
İsrail və Livan arasında çərçivə sazişi imzalanıb
-
Venesuelada güclü zəlzələ: 920 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
General-leytenant Arif Heydərovun 100 illik yubileyinə həsr olunmuş filmin premyerası keçirilib (Foto)
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
-
“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir…” - Mürsəl İbrahimov (Video)
-
Dilarə Səlim haqqında yayılan məlumata aydınlıq gətirdi
-
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı





