Maraqlı

“Samsung” tibb sahəsində tətbiq üçün elastik ekranlar hazırlayır

12 İyun 2021 19:10
Baxış: 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung Electronics" şirkətinin mütəxəssisləri insanın dərisinə bərkidilə bilən elastik OLED ekranlar hazırlayıblar. Yeni texnologiya əsasında hazırlanmış daşınan həllər real vaxt rejimində nəbz və digər biometrik məlumatları izləməyə və göstərməyə imkan verəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, tədqiqatın nəticələri "Science Advances" nəşrində dərc edilib. Dünyada ilk dəfə elastik ekranlar əsasında işləyən məhsulların işi əyani nümayiş etdirilib. "Samsung Advanced Institute of Technology" elmi tədqiqat bölməsi tərəfindən hazırlanmış yeniliklər "fotopletizmoqrafiya" sensoruna malik yeni tip matrislərin uğurlu inteqrasiyasını nümayiş etdirir.

Əsas tədqiqatçı Yun Yanq Сunun sözlərinə görə, texnologiya böyüklər, uşaqlar və hətta körpələr, həmçinin müəyyən xəstəliklərli olan pasiyentlər üçün daşınan tibbi cihazlarda tətbiq edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.