Maraqlı

Uşaq 51 qutu dondurma sifariş etdi, ailəsi 2000 dollar ödəməli oldu

9 May 2021 10:17
Baxış: 1 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Nyu-York ştatında dörd yaşlı uşaq 51 qutu meyvəli dondurma sifarişi verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlayn sifariş zamanı o ünvan kimi xalasının evini qeyd edib.

"Amazon" şirkəti sifarişin ləğvini qəbul etməyib və uşağın ailəsi dondurmalar üçün 2 618 dollar ödəməli olublar.

Tələbə ana bu vəsaiti ödəyə bilməyəcəyi üçün oğlanın valideynləri sosial şəbəkələrdə məlumatı paylaşaraq insanlardan məbləğin yığılması üçün kömək istəyiblər.

Tüzliklə 11 min dollar yığılıb. Oğlanın ailəsi bildirib ki, qalan pulu uşağın təhsilinə xərcləyəcəklər. Məlum olub ki, azyaşlı sifarişçi autizmdən əziyyət çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.