Maraqlı

Bill Qeyts və Melinda milyardlarla dollarlıq mülkləri paylaşmağa başladılar

6 May 2021 08:38
Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı iş adamı, "Microsoft"un qurucusu Bill Qeyts boşandığı arvadı Melindanın hesabına 1,8 milyard dollar dəyərində qiymətli kağız köçürüb.

"Bloomberg" xəbər verir ki, bu əməliyyat böyük ehtimalla ər-arvad arasında əmlak bölgüsü ilə əlaqəlidir.

Melinda Qeyts Kanada Milli Dəmir Yolu Şirkətinin səhmləri olaraq 1,5 milyard dollar, həmçinin "Autonation" avtomobil dilerinin 300 milyon dollar dəyərində qiymətli kağızını alacaq.

Eyni zamanda, bütün bunların yalnız hissələrin kiçik bir qismini təşkil etdiyi vurğulanır. Melinda həmçinin "Cascade Investments" fondunun 500 milyard dollar dəyərində qiymətli kağızına sahibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.