Vegener qranulamatozu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vegener qranulamatozu sistem vaskulitlərin müxtəlifliyini göstərən xəstəliklərə aiddir. Vegener qranulamatozu həm kişi, həm də qadınlar arasında, ən çox 35-40 yaşlarında rast gəlinir.
Səbəbləri:
Səbəbləri indiyə qədər məlum deyil. 2 faktor xəstəliyin əmələ gəlməsində mühüm rol oynayır:
- Virus infeksiyası
- Autoimmun reaksiya ( xəstələrin qanında allergen, antitellər aşkar edilir)
Simptomları:
Əmələ gəlmə patologiyasından asılı olaraq 3 forması ayırd edilir:
- lokal - ancaq bronxlar zədələnır
- məhdud - bronxlar və ağciyərlər zədələnir
- yayılmış - bronxlar, ağciyərlər, böyrəklər zədələnir. Bu forma daha ağır keçir. Xəstəlik tənəffüs yollarının zədələnməsi ilə keçir. Əvvəlcə burunda quruluq, tutqunluq, burun qanaxmaları qeyd olunur. Sonra proses aşağıya düşür, səs tutulur, boğazda quruluq, öskürək, bəzən qanlı bəlgəmli olur. Temperatur qalxır, bəzən irinli otit baş verir ki, bu zaman xəstənin vəziyyəti pişləşir, antibiotiklər kömək etmir. Bəzi xəstələrdə oynaqlarda ağrı müşahidə olunur, artritlər inkişaf edir. Ən çox diz və aşıq-baldır oynaqları zədələnır, bəzən ürəkdə də ağrı qeyd olunur. Bu xəstəlik ürək qüsuruna və miokard infarktına gətirib çıxara bilər.
Siz nə edə bilərsiniz:
Əgər bu xəstəlik kəskin başlayırsa, bütün simptomlar 1-2 ay müddətinə artır. Adekvat müalicə aparılmasa 4-5 ayda xəstə tələf olur. Müalicə aparıldıqda xəstəlik tədricən 6 ay, daha çox müddətə davam edir. Müalicə vaxtında başladıqda effektif olur.
Həkim nə edə bilər:
Həkim müvafiq müayinə apararaq xəstəni müalicə edir. Əvvəlcə xəstə stasionara yerləşdirilir, xəstələrə böyük dozalarda dərmanlar təyin olunur, sonra doza azaldılır. Əgər dərman terapiyası kömək etmirsə plazmafarez və hemasorbsiya aparılır.
Proqnozu:
Müalicə vaxtında aparılmasa proqnozu pisdir. Vaxtında müalicə alındıqda xəstə 5 ildən çox yaşaya bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
XƏBƏR LENTİ
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu





