Maraqlı

“Huawei” şirkəti “6G” rabitəsi üçün peyklər buraxacaq

29 Aprel 2021 21:55
Baxış: 449
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Huawei" korporasiyası digər iki Çin şirkəti ilə əməkdaşlıqda iyulda iki peyk buraxmaq niyyətindədir. Layihənin vəzifəsi "Huawei" tərəfindən hazırlanan "6G" şəbəkə texnologiyalarını yoxlamaqdan ibarətdir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, peyklərin buraxılışı ilə şirkət qlobal tədqiqatlarda və "6G" texnologiyasının hazırlanmasında aparıcı rol oynayacaq.

Altıncı nəsil mobil rabitə şəbəkələrinin "5G" şəbəkələrindən 50 dəfə sürətli olacağı gözlənilir. Yeni texnologiyanın mövcud texnologiyadan fərqi ondan ibarətdir ki, "5G" siqnalın ötürülməsi üçün baza stansiyalarına, "6G" isə peyklərə əsaslanır.

Bir müddət əvvəl "Huawei" nümayəndəsi şirkət tərəfindən altıncı nəsil mobil rabitə şəbəkəsinin 2030-cu ildə istifadəyə veriləcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.