Maraqlı

Fləş-kart ölçüsündə 1 TB-lıq SSD disk təqdim edilib

29 Aprel 2021 23:10
Baxış: 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Longsys" şirkəti SATA interfeysinə malik ən miniatür ölçülü istehlak xarakterli SSD disk təqdim edib. Çəkisi 2 qram və həcmi 1 TB olan yeni disk öz texniki xüsusiyyətlərinə görə böyükölçülü analoqları ilə tamamilə eynidir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ölçüləri 33,4 x 17,2 x 1,23 mm təşkil edən diskin həcmi modifikasiyadan asılı olaraq 128 QB, 256 QB, 512 QB və ya 1 TB-ə bərabərdir. Məlumatların ötürülmə sürəti 6 Qbit/san təşkil edir.

İstehsalçının məlumatına görə, diskin oxuma sürəti 550 MB/s-dək, yazma sürəti 550 MB/s-dək təşkil edir, həmçinin 1,5 milyon saatadək işləmə və 3 il zəmanət müddəti verilir. Sudan qorumaya malik patentlənmiş zərbəyədavamlı qablaşdırmada olan daşıyıcı indi Çin, Tayvan, ABŞ, Cənubi Koreya, Yaponiya, Kanada, Braziliya, Avropa Birliyi və başqa regionlarda sertifikatlaşdırma prosesindən keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.