Maraqlı

“iOS 15” əməliyyat sistemi ilə bağlı yeni detallar məlum olub

24 Aprel 2021 20:20
Baxış: 721
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Apple"ın qurğuları üçün nəzərdə tutulmuş "iOS 15" versiyası yenilənmiş interfeys və əlavə funksiyalar əldə edəcək. Bu haqda "Engadget" nəşri yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, siyahıda dəyişdirilmiş bildirişlər yer alıb - istifadəçi nə ilə məşğul olmasından asılı olmayaraq onların davranışını idarə etmək imkanına yiyələnəcək. Əməliyyat sisteminin planşet versiyasında bloklama ekranı və ev ekranının işi təkmilləşdiriləcək.

İnsayderlərin məlumatına görə, "iMessage" messenceri yenilənəcək, onu sosial şəbəkəyə çevirmək istəyirlər. Lakin populyar proqramın nə dərəcədə dəyişiləcəyi bilinmir.

"iOS" və "iPadOS" əməliyyat sistemlərinin yeni versiyaları rəsmən iyunda keçiriləcək "WWDC" konfransında təqdim ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.