Maraqlı

Niyə qadına “övrət” deyilir?

4 Aprel 2021 23:20
Baxış: 4 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumilikdə "övrət" sözünün lüğəvi mənası başqalarına göstərilməsi eyib olan, bu üzdən gizlədilən əşya mənasını verir. İnsan bədəninin başqalarından örtülməsi vacib olan üzvləri bu səbəbdən övrət adlandırılır. Qurani-Kərim ayələrində və məsumların hədislərində də "övrət" kəlməsi əsasən bu mənada işlədilib. Lakin xalq dilində həyat yoldaşını (qadını) "övrət" adlandırırlar. Əsasən, klassik ədəbiyyatda bu ifadəyə çox rast gəlirik. Keçmiş nəslə mənsub kişilər də öz həyat yoldaşları barədə danəşarkən bu kəlmədən istifadə edirlər. Səbəbi budur ki, kişidən fərqli olaraq, qadının bütün bədəni naməhrəmdən örtülü qalmalıdır (sifəti və əlləri istisna olmaqla) və şəriət dili ilə desək, qadının bədən üzvlərinin əksəriyyəti övrət hökmündədir. Qadının "övrət" adlandırılması təhqir deyil və müsəlman xalqların milli-dini ənənəsi ilə bağlı bir məsələdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.