Maraqlı

Rolls-Royce dünyanın ən böyük təyyarə mühərrikini istehsal edəcək

1 Aprel 2021 23:40
Baxış: 1 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rolls-Royce dünyanın ən böyük təyyarə mühərriki xüsusiyyətinə sahib olan və aviasiya sahəsini dəyişdirəcək olan "UltraFan"ın istehsalına başlayıb. İlk modul üzərində işlərin İngiltərənin Derbi şəhərindəki xüsusi DemoWorks mərkəzində davam etdiyi və 140 düymlük fan diametrinə sahib olan test mühərrikinin ilin sonuna qədər tamamlanacağı bildirilir. Mühərrik həm dar gövdəli, həm də geniş gövdəli təyyarələri gücləndirmə qabiliyyətinə malikdir. Mühərrikin yeni nəsil Trent mühərriki ilə müqayisədə yanacaq səmərəliliyində 25% yaxşılaşdırma təmin edə bilən yeni UltraFan mühərrik ailəsinin əsasını təşkil edəcəyi bildirilir. Rolls-Royce rəsmiləri inkişaf etmiş qaz turbinlərinin uzunmüddətli aviasiya əsasını təşkil etməyə davam etdiklərini söyləyirlər. "UltraFan"ın yanacaq səmərəliliyinin ənənəvi təyyarə yanacağından qısa müddətdə daha bahalı, lakin daha davamlı yanacağa keçidini sürətləndirəcəyi və sənaye iqtisadiyyatının yaxşılaşdırılmasına kömək edəcəyi ifadə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.