Maraqlı

Bu yaşdan sonra arıqlamaq olmaz - Həkim

27 Mart 2021 14:22
Baxış: 2 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ömrün ahıl çağında arıqlamaq lazım deyil.

Milli.Az bildirir ki, bunu Sputnik radiosuna müsahibəsində gerontoloq həkim Yuri Konev deyib. 

"Həkimlərin vahid qənaəti belədir ki, yaşlı və ahıl çağında insanlara arıqlamaq əks göstəricidir. Maddələr mübadiləsinin dəyişməsi fizioloji göstəricilərin dəyişməsinə gətirib çıxarır. Bu göstəricilər yaşlı adamın sağlamlığına mənfi təsir edir", - Konev izah edib.

Onun sözlərinə görə, insan çəkisini 60 yaşınadəık normaya salmalıdır ki, orqanizm lazım olduğundan çox yemək tələb etməsin. 

"Yaşlandıqca enerji tələbatı azalır, uzanmış mədə isə daha çox yemək tələb edir. Dissonans da buradan qaynaqlanır, çünki mədə siqnal verir ki, acdır, qəbul edilən qidanın miqdarını isə yaş ötdükcə azaltmaq şərtdir", - gerontoloq deyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.