Maraqlı

Peugeot yeni loqolu ilk avtobilini təqdim edib

27 Mart 2021 20:40
Baxış: 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl Fransız avtomobil nəhəngi "Peugeot"un yenilənmiş 308 modelinin casus şəkilləri ortaya çıxmışdı. Bu fotoşəkillər, 2021-ci ilin sonlarına doğru yayılması gözlənilən avtomobilin ilk görüntülərini idi. Görüntülərdəki ən vacib detal "Peugeot"un bu yaxınlarda elan etdiyi yeni logonun bu vasitəyə əlavə edilməsi idi. İndi üçüncü nəsil Peugeot 308 rəsmi olaraq təqdim edildi.

Milli.Az techland.az-a istinadən bildirir ki, Peugeot 308-in ümumi dizaynı avtomobilin indi daha kompakt quruluşa sahib olduğunu göstərir. İkinci nəsil 308 ilə müqayisədə çox cəlbedici hala gətirilmiş avtomobil, bu yaxınlarda nazik matris LED faraları ilə satışa təqdim olunacaq.

Qeyd edək ki, bu avtomobil şirkətin yeni loqo ilə təqdim etdiyi ilk avtomobildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.