Maraqlı

Yüksək təzyiq zamanı istifadə olunan məhsullar

25 Mart 2021 22:15
Baxış: 1 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1.Yağsız kəsmik ürəyi möhkəmləndirir, qan damarlarının genəlməsinə səbəb olur, kalsium, maqnezium, kaliumun mənbəyidir. Hər gün 100qr kəsmik yemək lazımdır.
2. Qırmızı bolqar bibəri rekord miqdarda C vitamininə malikdir. Hipertoniyalı şəxslər onu mümkün dərəcədə yeməklərində istifadə etməlidirlər. Əgər hər gün 2 təzə bibər yeyilsə C vitamininə olan tələbat ödənilər.
3. Qızılbalıq omeqa-3 yağ turşularının mənbəyidir və yüksək təzyiqi aşağı salmağa kömək edir. Onu həftədə 3 dəfə 100-150 qr yemək məsləhətdir.
4. Yulaf sıyığı hipertoniklərin menyusunda hər səhər olmalıdır. Tədqiqatlar göstərir ki, yulaf selenin mənbəyidir
5. Balqabaq tumları sink defisitini bərpa edir və sizi infarktdan azad edir. Onu hər gün 20qr yemək kifayətdir.
6. Kakao damarların vəziyyətini yaxşılaşdırır, lakin o, kalorili içkidir, buna görə həftədə 1-2 fincan qəbul etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.