Məşhur narkobaron Pablo Eskobarın "Porsche" avtomobili "Atlantis Motor Group" hərracı vasitəsilə satışa çıxarılacaq.
Milli.Az oxu.az-a istinadən bildirir ki, avtomobilin ilkin qiyməti 2.2 milyon dollardır.
Satışa çıxarılacaq avto sarı rəngli Porsche 911 RSR modelidir. O, 1974-cü ildə istehsal olunub. Həmin ildə çempionların beynbəlxalq avtomobil yarışında (IROC) iştirak etmək üçün cəmi 15 belə model buraxılıb.
Milli.Az