Maraqlı

“Skype” proqramına zəng zamanı fondakı kənar səslərin aradan qaldırılması funksiyası əlavə edilib

18 Mart 2021 21:45
Baxış: 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" korporasiyası "Skype" proqramına çoxdan gözlənilən funksiyanı əlavə edib. İndi proqramda səsli və videozəng zamanı fondakı kənar səsləri aradan qaldırmaq mümkün olacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, sözügedən funksiya "Windows" əməliyyat sistemində işləyən "Skype Preview 8.70.76.48" versiyasında sınaqdan keçirilir. Şirkət, həmçinin proqrama bəzi digər funksiyalar da əlavə edib.

Məsələn, "Skype"da veb-girişlərin idarə edilməsi (WAM) dəstəyi, videozəng iştirakçılarına baxış düyməsi əlçatan olacaq.

Həmçinin korporasiya "Skype"ın veb-versiyasına fonun bulanıq edilməsi, telefon nömrəsi üzrə əlaqələrin axtarışı funksiyalarını əlavə etməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.