Maraqlı

Ayın məhaq halı nə deməkdir?

21 Mart 2021 20:10
Baxış: 817
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məlumdur ki, Ay öz-özlüyündə işıqlı deyil, onu işıqlandıran Günəş şüalarıdır. Əgər Ayın üzərinə Günəş şüası düşməsə, o, görünmür. Ay öz hərəkəti zamanı Yer kürəsi ilə Günəşin arasında qərar tutduqda görünməz olur, çünki Yer onun üzərinə düşən Günəş işığının qarşısını kəsir. Əslində Ay yenə səmada öz yerindədir, sadəcə tam qaranlıq olduğu üçün biz onu görmürük. Bu vəziyyətə şəriət kitablarında "məhaq" deyirlər. Daha sonra Ay məhaq halından çıxır və Günəşin işığı tədricən onun üzərinə düşür. Ayın məhaq halından çıxması astronomik yeni ayın başlanğıcıdır. Lakin müxtəlif astoronomik şərtlərdən asılı olaraq, hələ bir müddət Yerdəki müşahidəçi onu görmür. Yalnız Ay müşahidə üçün əlverişli mövqeyə çatdıqdan sonra görünməyə başlayır və şəriət baxımından yeni qəməri təqvim ayı girmiş sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.