Maraqlı

Bu da sizə təbii antibiotik - Bal

13 Mart 2021 15:15
Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən prestijli universiteti sayılan Oksfordun araşdırmasına görə, bir qaşıq bal, bütün antibiotiklərdən daha çox faydalıdır.

Milli.Az Lent.az-a istinadən məlumat verir ki, İngiltərədəki Oksford Universiteti tərəfindən aparılan bir araşdırma, bir qaşıq balın bazarda mövcud olan bütün antibiotiklərdən daha faydalı olduğunu ortaya qoyub. Tədqiqatçılar balın yuxarı tənəffüs yolları xəstəliklərinə qarşı antibiotik və ağrı kəsicilərinə nisbətən daha təsirli olduğunu araşdırıblar. Bundan əlavə, aparılan araşdırmalara görə, balın bəzi hallarda müalicə müddətini 2 günə endirdiyi və öskürəyi 50 faiz azaltdığı məlum olub. Bu dəyərli məlumat, balın öskürək, soyuqdəymə və burun tıxanıqlığına qarşı antibiotiklərdən daha təsirli olduğunu ortaya qoyub.

Müxtəlif yaşlardan toplanmış 1700-dən çox iştirakçının klinik sınaqlara məruz qaldığı araşdırmada, xəstələrin 36 faizinin öskürəyinin təmizləndiyi və 44 faizində zəiflədiyi məlum olub.

Bal və arı məhsullarının qədim dövrlərdən bəri insanlar tərəfindən terapevtik məqsədlər üçün istifadə edildiyini bildirən Ahmet Bağran Aksoy deyib ki,

"Yalnız bal deyil, digər arı məhsulları, polen, propolis və arı südü kimi qiymətli məhsullar da insanlar üçün faydalıdır. Bu məhsullar lazımi miqdarda təmiz xam bal ilə qarışdırılmalı və ehtiyaclara uyğun olaraq istehlak edilməlidir. Bəs hansı bal istehlak edilməlidir? Balın hamısı deyil, təmiz xam bal antibiotiklərdən daha təsirli olur. Araşdırmada bəhs etdiyimiz bal, bazarda ucuz satılanlar deyil".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.