Maraqlı

Aktyorla xanımına hücum edənlərə hökm oxundu - VİDEO

11 Mart 2021 18:24
Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur aktyoru Hakan Yılmazla xanımı Elif Yılmaza oteldə hücum edən şəxslər barədə hökm oxunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prosesinə H. Yılmaz və xanımı qatılmayıb.

Hakim şübhəli Denizhan Vurala yaralama və təhqirə görə 1 il 6 ay həbs, Erdal Gökçeyə isə 5 min TL pul cəzası verib. Digər şübhəli isə bəraət alıb.

Qeyd edək ki, hadisə 2017-ci ildə İstanbulda baş verib. Dostları ilə əyləndikdən sonra otelə getmək istəyən cütlüyə 3 nəfər hücum edib.

Dava zamanı H. Yılmaz döyülüb, E. Yılmazın başına küt alətlə vurulub. Cütlük polisə gedərək həmin şəxslərdən şikayətçi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.