Maraqlı

ABŞ Aya ilk qadın astronavtını göndərəcək

11 Mart 2021 22:15
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bugünədək Ayda 12 amerikalı kişi astronavt olub.

ABŞ Milli Aviasiya və Kosmos İdarəsi (NASA) yaxın on ilə Aya ilk qadın astronavtı göndərməyi planlaşdırır. Onun kimliyi hələ ki, məlum deyil. Son astronavt 1972-ci ilin dekabrında Ayda olub. Təxminən yarım əsr sonra NASA insanları yenidən aya qaytarmağı planlaşdırır.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni proqram Apollonun mifik əkiz bacısının şərəfinə "Artemis" adlandırılıb.

NASA-nın Aya ilk qadın astronavtı göndərməyi barədə məlumatı İdarənin Space Launch direktoru Charlie Blackwell-Thompson da təsdiqləyib.

Qeyd edək ki, bugünədək Artemis proqramının icrası, xərclərin çox olmasına görə təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.