Maraqlı

Meqan Markl: “Mən artıq yaşamaq istəmirdim” - FOTO

8 Mart 2021 14:25
Baxış: 774
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl krallıq vəzifələrini yerinə yetirən zaman intihar düşüncələrinə gəldiyini etiraf edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə o, "CBS"ə müsahibəsində deyib.

"Mən artıq yaşamaq istəmirdim. Bu, çox aydın, real və qorxulu bir fikir idi", - Meqan əlavə edib.

O, öz ehtiyacları ilə bağlı Bukinqem sarayından kömək istədiyini bildirib, lakin ona bunun kral ailəsinə fayda verməyəcəyi söylənilib.

Müsahibə zamanı Markl şahzadə Harri ilə rəsmi toydan üç gün əvvəl evlərinin həyətində baş tutan gizli nikah mərasimi barədə də danışıb.

Xatırladaq ki, 2020-ci ilin yanvarında şahzadə Harri və Meqan böyük kral ailəsinin vəzifələrindən imtina edib, Bukinqem sarayından maliyyə müstəqilliyi almağa qərar veriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.