Maraqlı

Hakim pedofilə həbsdən xilas olmağın yolunu göstərdi

6 Mart 2021 07:27
Baxış: 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda Şarad Arvind Bobde adlı hakim mühakimə etdiyi pedofili həbsdən qorumağa çalışması ölkədə böyük ictimai rezonans doğurub.

"Daily Mail" xəbər verir ki, hakim müttəhimə təcavüz etdiyi azyaşlı ilə qanuni nikaha daxil olaraq həbsxana həyatı ilə vidalaşmağı tövsiyə edib.  

Məhz bu hadisə ictimaiyyətin qəzəbinə səbəb olub və hakimin istefası tələbi ilə petisiya kampaniyasına başlanılıb.

Aktivistlər hesab edir ki, hakimin bu addımı cəmiyyətdə təcavüzə haqq qazandırmağa xidmət edir.

Qeyd edək ki, Hindistan qanunlarına görə, nikahda olan şəxs həyat yoldaşına qarşı cinsi təcavüzdə ittiham oluna bilməz.

Bu səbəbdən təcavüzkar öz qurbanı ilə evlənərsə, cəzadan boyun qaçıra bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.