Maraqlı

"Çukur"un aktyoru sevgilisini döyüb

2 Mart 2021 11:07
Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu yaxınlarda "Survivor 2021" yarışmasında mübahisə edən aktyor Çağrı Atakanın müsabiqədən uzaqlaşdırılacağı iddia olunmuşdu.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu günlərdə "Məşhurlar" komandasının üzvü olan aktyorun daha əvvəl məhkum olduğu üzə çıxıb.

Keçmişdə model Eda Taşpınarla sevgili olan Çağrının ona şiddət göstərdiyi məlum olub. Məhkəməyə müraciət edən Taşpınar aktyorun 5 illik həbsini tələb edib. Çağrı Atakanın isə daha sonra modelə zəng vuraraq təhqir etdiyi bildirilib.

Qeyd edək ki, Çağrı Atakan "Çukur"dakı Remzi obrazı ilə tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.