Maraqlı

Amazon meşələri “Facebook” vasitəsilə satılır

27 Fevral 2021 08:02
Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amazonun tropik meşə sahələri qeyri-qanuni şəkildə "Facebook" üzərindən satışa çıxarılıb.

Bu barədə "BBC news" məlumat verib.

Məlumata görə, satışa çıxarılan bəzi sahələr min futbol meydançası ölçüsündədir. Ərazisində meşələr və çaylar olan bu sahələr əslində yerli xalqlara məxsusdur.

İstənilən şəxs "meşə", "cəngəllik" kimi açar sözlərin köməyilə, yaxud da yerləşmə ərazisi olaraq Amazon meşələrini göstərməklə "Facebook Marketplace"dəki həmin elanları gözləri ilə görə bilər.

Qeyd edək ki, məsələyə "Facebook" şirkəti də münasibət bildirib. Sosial şəbəkə rəsmiləri elanların qeyri-qanuni olduğunu müəyyənləşdirməkdə çətinlik çəkdiklərini bəyan ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.