Maraqlı

Keşniş (Lat.Coriandrum satvium) haqqında

27 Fevral 2021 08:05
Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keşniş kərəvizkimilər fəsiləsinə aid olan bitki növlərindəndir. Keşnişin bir çox növləri var. Azərbaycan mətbəxində isə əsasən əkin keşnişindən istifadə edilir. Əkin keşnişi birillik ot bitkisi olub nazik saplaqlara və kərəviz yarpaqlarına bənzəyən yarpaqlara sahib olur. Onun yetişmə dövrü sona çatana yaxın çiçək açır və çiçəkləri toxumlayır. Keşnişin toxumları ağ və açıq çəhrayı rənglərdə olur.
Keşnişin xüsusi qoxusu onun mətbəxlərdən əskik olmamasına səbəb olur. Keşnişin yarpaqlarından və toxumlarından geniş istifadə edilir. Onun toxumları kulinariyada əvəzolunmaz ədviyyatlardan hesab edilir. Ondan yeməkləri, salatları dadlandırmaq məqsədilə geniş istifadə edilir. Keşniş yeməklərin yanında ən çox yeyilən göyərtilərdəndir. Keşnişin hündürlüyü onun becərilməsindən asılı olaraq 40-70 santimetrə qədər qalxa bilir. Bu qədər böyümüş keşnişin isə yanlız toxumlarından istifadə edilir. Keşnişin vətəni Aralıq dənizi ölkələri hesab edilir. İndi bir çox ölkələrdə onun becəriulməsi ilə məşğul olurlar. Azərbaycanın da iqlimi keşnişin becərilməsi üçün faydalı hesab edildiyindən demək olar ki, əksər həyətyanı sahələrdə onun becərilməsi ilə məşğul olurlar.
Keşnişdə 1% efir yağı, 10% yağ turşuları, 16%-ə qədər zülal maddələri var. Keşnişin tərkibində olan efir yağı onun xüsusi qoxuya malik olmasına səbəb olur. Keşnişin tərkibindəki efir yağları ətrafa antiseptik təsir göstərir. Buna səbəb isə onun yarpaqlarının tərkibində pektin, alkoloid, nişasta, zülallar, keşnişə xas olan steroid birləşmələr, sterin, askorbin turşusu, təbii turşular, şəkər(saxaroza, fruktoza, qlükoza), rutin, polifenol maddələr və s. olmasıdır.  Onun tərkibinin 60%-ni linalol təşkil edir. Keşnişin tərkibində olan linaloolun miqdarı isə onun yetişdirildiyi hava şəraitindən asılı olaraq arta və azala bilir. Bu maddənin miqdarı əsasən günəş işığı düşməyən bölgələrdə ( Sibir və s.) yetişdirilən zaman aşağı olur. Keşniş toxumundan iştahaçıcı və həzm prosesini normallaşdırmaq məqsədilə istifadə edilir. Qədim zamanlarda onun toxumlarının ölümsüzlüyə səbəb olması barədə inanclar mövcud olub. Keşniş ödqovucu xüsusiyyətə malikdir. Onun toxumlarının bəlğəmgətirici, babasil əleyhinə, yarasağaldıcı təsirləri vardır.
Babasil əleyhinə və ödqovucu məqsədlə keşniş toxumu, solmazçiçək və nanə tərkibli çayın içilməsi xəstəliyin əlamətlərini aradan qaldırır. Qədim Misirdə keşnişin faydalarından çox istifadə olunub. Bunu orada arxeoloji qazıntılar aparan arxeloqlar söyləyir.
Keşniş toxumlarından kosmetologiya və parfümeriya sahəsində də geniş istifadə olunur. Onun ətri bənövşə, qızılgül, berqamot, zambaq, limon kimi bitkilərin ətri ilə eyni sırada tutulur. Keşnişdən alınan efir yağlarından sabunların hazırlanması və tekstil sənayesində istifadə edilir.
Tibbdə istifadəsi
Tibbdə keşnişdən həzmi normallşdırıcı və ödqovucu məqsədlə istifadə edilir. Onun toxumundan qastritlər, onikibarmaq , bağırsaq xəsrəlikləri zamanı antiseptik və ağrıkəsici kimi istifadə edilir.
Keşniş toxumundan alınan efir yağı - linalool yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı damcı şəklində istifadə edilir. Keşnişin efir yağlarından(aldehid sitral) müxtəlif göz xəstəliklərində( konyuktvitdə, qlaukomada) istifadə edilir.
Keşnişin zərərləri
Elmdə keşnişin zərərləri barədə heç bir məlumat yoxdur.
Yanlız keşnişin tərkibində olanlara qarşı allergiyası olan adamlar onu yeyərkən diqqətli olmalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.