“Apple” şirkəti “6G” standartının öyrənilməsi ilə məşğuldur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Apple" şirkəti altıncı nəsil mobil rabitə standartı (6G) üzərində iş üçün mühəndislər axtarışındadır. Bu barədə "Bloomberg" agentliyinin jurnalisti Mark Qurmanın məlumatında deyilir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, ABŞ korporasiyası aktual və yeni nəsil simsiz şəbəkələrin öyrənilməsi ilə məşğul olacaq mühəndis tədqiqatçılar üçün vakansiya yerləşdirib. "Siz gələcək "Apple" məhsullarına böyük təsir göstərəcək növbəti nəsil simsiz texnologiya yaratmaq üçün unikal imkana malik olacaqsınız", - vakansiyanın təsvirində qeyd olunur. Sənədə görə, işaxtaranlar üçün "6G" simsiz rabitə sistemlərini tədqiq etmək və hazırlamaq, eləcə də yeni standartın hazırlanmasına həsr edilən konfrans və tədbirlərdə iştirak imkanı yaradılacaq.
Agentliyin qiymətləndirməsinə görə, altıncı nəsil mobil rabitə şəbəkəsinin qurulmasına 2030-cu ildə başlamaq nəzərdə tutulur. M.Qurman qeyd edib ki, "Apple" şəbəkənin erkən öyrənilməsi və inkişafı mərhələlərində iştirak etmək niyyətindədir. Bundan başqa, vakansiyanın dərc olunması ABŞ korporasiyası daxilində qurğular üçün müxtəlif texnologiya və komponentlərin inkişafında və istifadəyə verilməsində maraqdan xəbər verə bilər. Məsələn, "Apple" şirkəti 2020-ci ildə "Intel" prosessorlarından imtina edərək öz istehsalı olan "M1" çiplərinə keçib. Yeni çiplər əsasında hazırlanan ilk kompüterlər noyabrda işıq üzü görüb.
Hazırda "Apple" "5G" dəstəkli smartfonlar istehsal edir və tərəfdaşı qismində çıxış edən "Qualcomm" şirkətindən müvafiq modemləri satın alır.
ABŞ korporasiyası 2020-ci ilin noyabrında "6G" standartının yaradılması və inkişafında maraqlı olan şirkətləri birləşdirən "Next G Alliance" alyansına daxil olub. Ekspertlərin fikrincə, yeni texnologiya "5G" ilə müqayisədə sürəti 100 dəfə artıracaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
XƏBƏR LENTİ
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər





