Futbolçu Kriştianu Ronaldu dünyada məhdud sayda istehsal edilən "Bugatti Centodieci" markalı yeni avtomobil sifariş edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən həftə 36 yaşı tamam olan Ronaldu bu maşını özünə ad günü hədiyyəsi edəcək.
Onun yeni avtomobili üçün 9 milyon 500 min avro (19 milyon 578 min manat) ödədiyi bildirilib.
Kriştianunun 20-dən çox bahalı və son model maşınları var. Onların qiyməti ümumilikdə 30 milyon avrodan çoxdur.
Milli.Az