Maraqlı

Avstraliyada dünyada ən böyük akkumulyator quraşdırılacaq

11 Fevral 2021 21:10
Baxış: 672
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2017-ci ildə Elon Mask Avstraliyada o dövr üçün 150 mvt gücündə akkumulyator quraşdırmışdı. Bu yaxınlarda Viktoriya ştatında 300 mvt gücündə akkumulyatorun yaradılması elan edilib. Lakin yeni iddialı layihə isə rekord 1,2 Qvt gücündə akkumulyator quraşdırmağı nəzərdə tutur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "CEP Energy" şirkəti Avstraliyanın cənub-şərqindəki Yeni Uelsdə indiyədək insan tərəfindən hazırlanmış ən böyük akkumulyator quraşdırmağa hazırlaşır. Onun gücü rekord 1,2 qiqavat təşkil edəcək.

Nəhəng akkumulyator Kurri-Kurri şəhərinin yaxınlığında yerləşəcək. Məlumata görə, yeni obyekt 2023-cü ilədək istismara veriləcək: nəhəng akkumulyator blokları şəklində olan modullar tədricən qoşulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.