Maraqlı

Telefon Covid-19 xəstələrinin halını daha da pisləşdirir

7 Fevral 2021 13:15
Baxış: 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Covid-19-a yoluxan xəstələrin telefonla uzun müddət danışması onlarda oksigen çatışmazlığına səbəb olur.

Milli.Az Axşam.az-a istinadən bildirir ki, koronavirus xəstələrinin müalicə aldığı xəstəxanalardan birində 3 ay mütəmadi olaraq araşdırmalar aparılıb.

Tədqiqatlardan sonra məlum olub ki, telefonla saatlarla danışmaq xəstələrin səhhətinə mənfi təsir edir. Bəzi xəstələr ölmə təhlükəsi ilə üz-üzə olduğuna görə yaxın tanışları və qohumları ilə həddən artıq danışaraq vaxt keçirir. Bu da onların normal tənnəffüsündə problemlər yaradır.

Xəstənin ünsiyyət hüququnun əlindən alınmayacağını deyən tibb işçiləri reanimasiyada olmayan xəstələrin mümkün qədər daha az telefon istifadə etmələrini məsləhət görür. Hətta telefonla çox təmasda olan xəstələrdə uzun müddət öskürək də müşahidə edilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.