Maraqlı

Ötən il dünya planşetlər bazarında lider kim olub?

4 Fevral 2021 21:45
Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin dördüncü rübündə "Apple" şirkəti planşetlər bazarında mövqeyini möhkəmlədib. Bu barədə "Сanalys" şirkətinin statistik məlumatlarında deyilir. Belə ki, dördüncü rübdə tədarük həcmi 2019-cu ilin analoji dövrü ilə müqayisədə 40 faiz artaraq 19,2 milyona çatıb ki, bu da şirkətin 2014-cü ildən ən yaxşı göstəricisi olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ikinci pillədə 9,9 milyon tədarük edilmiş qurğu ilə "Samsung" yer alıb. Bu, 2019-cu ilin dördüncü rübünün tədarükündən 41 faiz çoxdur. Reytinqin üçüncü və sonrakı yerlərini müvafiq olaraq "Amazon", "Lenovo" və "Huawei" tutub. Bununla yanaşı, "Lenovo" planşetlərinin illik tədarük həcmi 125 faiz artıb, "Huawei" planşetlərinin göstəriciləri isə azalıb.

2020-ci ilin yekunlarının nəticələrinə nəzər saldıqda, "Apple" 37 faiz payla dünyanın ən böyük planşet tədarükçüsü olaraq qalır. İkinci mövqedə 19 faizlə "Samsung" qərarlaşıb. Liderlər üçlüyünü bazarda 10 faiz paya sahib çıxan "Huawei" tamamlayıb. "Amazon" Çin şirkətindən cüzi geridə qalıb, "Lenovo" isə 9 faizlə beşinci pillədə qərarlaşıb. Eyni zamanda 2020-ci ildə planşetlərin ümumi tədarükü 2019-cu illə müqayisədə 28 faiz artıb.

Analitiklərin fikrincə, planşetlərin başlıca xüsusiyyəti universallıqdadır ki, bu da onları müxtəlif senarilərdə istifadəyə imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.