Maraqlı

Məşhur müğənni evinin damından yıxılaraq öldü

1 Fevral 2021 09:44
Baxış: 1 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalı müğənni Sofi Kseon Yunanıstanda vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Pitchfolk" nəşri 35 yaşlı ifaçının bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyini bildirib.

Belə ki, Sofi bədirlənmiş aya baxmaq üçün pilləkənlərlə yuxarı çıxmaq istəyib. Bu zaman müğənni sürüşərək yıxılıb və yerindəcə ölüb.

Qeyd edək ki, Sofi Kseon 1986-cı ildə Şotlandiyada doğulub. O, sintez olunmuş hiperkinetik əsərləri - "Bipp" (2013) və "Limonad" (2014) sayəsində tanınıb.

Müğənninin 2018-ci ildə işıq üzü görmüş "Oil of Every Pearl's Un-Insides" solo albomu isə "Qremmi" mükafatına namizəd olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.