Maraqlı

Ucuz “iPhone” smartfonunun varisi təqdim ediləcək

2 Fevral 2021 22:40
Baxış: 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın vaxtlarda "Apple" korporasiyası SE modelinin varisi olacaq yeni smartfonunu təqdim edəcək. Bu haqda öz mənbələrinə istinadən "GizChina" portalı məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "SE Plus" adlandırılacaq yeni cihaz ön kamera üçün kəsik və "Face ID" sensoruna malik 6,1 düymlük ekranla təchiz ediləcək. Smartfona daktiloskopik sensor quraşdırılacaq - o, kənar düyməyə yerləşdiriləcək.

"SE Plus" modeli 12 meqapiksellik kamera, "Apple A14 Bionic" prosessoru ilə təchiz ediləcək. Bundan başqa, yeni model "5G" şəbəkələrini dəstəkləyəcək. Cihaz üç rəngdə (qara, ağ və qırmızı) təqdim ediləcək. Bütün modellər su və toza qarşı dayanıqlı olacaq.

Portalın məlumatına görə, yeni aparatın dəyəri 499 dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.