Maraqlı

“Samsung” şirkəti böyük tutumlu batareyaya malik smartfonunu təqdim edib

30 Yanvar 2021 08:46
Baxış: 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" şirkəti tərəfindən təqdim edilmiş yeni ucuz "Galaxy A02" smartfonu böyük tutumlu akkumulyator və ikiqat əsas kamera ilə təchiz edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 1,5 hers takt tezlikli "MediaTek MT6739W" platformasına malik olan "Samsung Galaxy A02" aparatı 2/3 QB əməli yaddaş, 32/64 QB daxili yaddaşa malikdir. Smartfon 1560x720 piksel təsvir ölçülü 6,5 düymlük LCD ekranla təchiz edilib.

Ucuz olmasına baxmayaraq, cihaz iki sensordan (13 və 2 mp) ibarət kamera modulu ilə təchiz edilib. "Galaxy A02" smartfonu "LTE", "Wi-Fi", "Bluetooth 5", naviqasiya, audioxek, iki SİM kart və yaddaş kartı dəstəyinə malikdir. Həmçinin 5000 milliamper/saat tutumlu akkumulyatora malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.