Maraqlı

“Stuck Design” lift üçün təmassız düymələr təqdim edir

30 Yanvar 2021 07:31
Baxış: 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sinqapurun "Stuck Design" agentliyi, koronavirus pandemiyası dövründə fayda verə biləcək yenilik təqdim edib. Bunlar toxunmağa ehtiyac duyulmayan xüsusi lift düymələridir. Bu şəkildə biz, virusu barmağımızla ötürməyəcəyimizə əmin oluruq. Mərtəbə düyməyə toxunmadan yaxınlaşdırılan barmaq hərəkəti ilə təyin edilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, koronavirus pandemiyası hələ də davam edir və bu səbəbdən insanlar infeksiyanın qarşısını almağa imkan verəcək yeni həllər axtarışındadır. Qorunmaq üçün çirkli ola biləcək müxtəlif səthlərə toxunmamaq da yollardan biridir. Sinqapurun "Stuck Design" texnologiya agentliyi tərəfindən maraqlı fikir təqdim edilib. Bu texnologiya əsaslanan təmasssız lift düymələri hazırlanıb. İnsanlar adətən düymələri basır. Buna görə toxunmanı aradan qaldırmaq üçün barmaq hərəkətlərinin tanınmasına əsaslanan sistem hazırlanıb. Burada düymələrə toxunmağa ehtiyac yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.