Maraqlı

İnstaqram boşluğunu aşkarlayanlara mükafat verilir

30 Yanvar 2021 20:50
Baxış: 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial media şirkətləri onlarda boşluq aşkarlayanları davamlı olaraq  mükafatlandırırlar. İnstaqram isə boşluğu aşkarlayaraq şirkətlə paylaşan türkiyəli tələbələrə cəmi 5 dollar mükafat verməsi ilə gündəmə gəlib.

Milli.Az ted.az-a istinadən bildirir ki, gənclərin tapdığı boşluq İnstaqram reklamları ilə bağlıdır. İstifadəçi sponsorluq elanlarını heç bir kart məlumatı və təsdiq olmadan istədiyi qədər tətbiq edə bilir. Bundan sonra İnstaqrama məlumat üçün elektron poçt göndərən tələbələrə 5 dollar dəyərində mükafatlandırılmaları ilə bağlı cavab gəlib.

Qeyd edək ki, bundan öncə də İnstaqramda 2 fərqli boşluq tapan tələbələr birincisinə görə 750, ikincisi üçün isə 50 dollar mükafat alıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.